Ucnoqta.az
www.ucnoqta.az

Dekan müavini tələbəsinin həbsini istəyir

17:00 - 8 Yanvar 2018 tarixində dərc olunub.

Bakı Apellyasiya Məhkəməsində Bakı Dövlət Universitetinin (BDU) İlahiyyat fakültəsinin dekan müavini Nigar İsmayılzadənin həmin fakültənin 4-cü kurs tələbəsi Zəka Mirağayevə qarşı apellyasiya şikayəti, həmçinin Z. Mirağayevin apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

"Ucnoqta.az" “Ölkə.Az”-a istinadən bildirir ki, iclasda  N. İsmayılzadənin vəkili Kamandar Nəsibov çıxış edib. O, cəzanın ağırlaşdırılmasını istəyib.  Z. Mirağayevin vəkili Elçin Sadıqov isə bəraət hökmünün çıxarılmasını xahiş edib.
 

Proses fevralın 5-də davam edəcək. 
 

Yasamal rayon Məhkəməsinin qərarı ilə  Z. Mirağayevə ittiham olunduğu 148-ci (təhqir) maddə üzrə bəraət verilib, 147.2-ci (böhtan) maddə üzrə isə aylıq gəlirinin 15 faizi tutulmaqla, 1 il islah işlərinə cəlb olunmaq cəzası verilib.
 

Z. Mirağayev mətbuata açıqlama verərək, fakültədə rüşvətxorluq olduğunu deyib.
 

Z. Mirağayev Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə təqsirləndirilir.
 

Hökmdən hər iki tərəf apellyasiya şikayəti verib.

Müəllif: