Ucnoqta.az
www.ucnoqta.az

Britaniyada şahzadənin toy günü spirtli içkilərin satış müddəti uzadılacaq

01:18 - 9 Yanvar 2018 tarixində dərc olunub.

Böyük Britaniyada şahzadə Harrinin bu ilin mayında amerikalı aktrisa Meqan Markl ilə toy günü və həmin ərəfədə spirtli içkilərin satışına icazə müddəti uzadılacaq.
 

"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, qəbul edilən qərara əsasən, bu ilin 18-19 may tarixlərində Böyük Britaniyada spirtli içkilər yerli vaxtla saat 01:00-dək satılacaq.
 

Hazırda ölkədə spirtli içkilərin satışı saat 23:00-dək həyata keçirilir.
 

Bu cür güzəştlər daha əvvəl kraliça II Yelizavetanın 90 illik yubileyi, şahzadə Uilyamın toyu, eləcə də 2014-cü il futbol üzrə dünya çempionatı müddətində tətbiq olunmuşdu.
 

Qeyd edək ki, şahzadə Harri ilə Meqan Marklın toyu bu il mayın 19-da keçiriləcək.

Müəllif: