"Dərnəgül" Nəqliyyat Mübadilə Mərkəzi yanvarın 13-də sərnişinlərin istifadəsinə veriləcək.
"Ucnoqta.az" xəbər verir ki, bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.
Bununla əlaqədar müvafiq marşrut xətlərinin müvəqqəti istismarını həyata keçirən daşıyıcılara göstəriş verilib.