Ucnoqta.az
www.ucnoqta.az

Ərdoğan: "ABŞ və Türkiyə arasında razılaşma qüvvəsini itirir"

16:52 - 5 Yanvar 2018 tarixində dərc olunub.

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan yeni açıqlama verib.


"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, Ərdoğan Türkiyə və ABŞ arasında imzalanan ikitərəfli hüquq anlaşmasının qüvvəsini itirdiyini bildirib.
 

Ərdoğan deyib: "ABŞ bizi bağışlasın, amma ikitərəfli münasibətlərimizin qanunları və aramızda imzalanan ikitərəfli müqavilə öz qüvvəsini itirir. Bunu bəyan etməkdən təəssüf hissi keçirirəm, amma belə də olacaq".
 

ABŞ məhkəməsi 4 yanvar tarixində "Halkbank"ın direktor müavini Mehmet Atillanı İrana qarşı sanksiyaları dəlib keçməkdə günahkar bilib.

Müəllif: