Ucnoqta.az
www.ucnoqta.az

Tüfənglə ehtiyyatsız davranışı Tovuz sakininin ölümünə səbəb oldu

14:17 - 5 Yanvar 2018 tarixində dərc olunub.

Yaralı xəstəxanaya aparılarkən yolda ölüb

Tovuz rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Ucnoqta.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, yanvarın 4-də Tovuz rayonunun Balaşamlıq kəndində rayon sakini Əhməd Məmmədov ov tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəşdən ayaq nahiyəsindən xəsarət alıb. Yaralı xəstəxanaya aparılarkən yolda ölüb.
Tovuz RPŞ-nin əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olmayan “TOZ” markalı ov tüfəngi götürülüb.

Araşdırma aparılır.

Müəllif: