Ucnoqta.az
www.ucnoqta.az

Misirdə hava şarı qəzaya uğradı

00:15 - 6 Yanvar 2018 tarixində dərc olunub.

Misirdə turistləri daşıyan hava şarı yerə çırpılıb.

"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, insident Luksor şəhərində baş verib.

20 turisti aparan hava şarı naməlum səbəblərdən yerə çırpılıb. 

İnsident nəticəsində ən azı 1 nəfər həlak olub. Yaralıların sayı çoxdur. Əraziyə təcili tibbi yardım briqadası və polis cəlb edilib.

Müəllif: