Ucnoqta.az
www.ucnoqta.az

Ağdamda yol tikintisinə 2 milyon manat ayrıldı - <font color=red><b>Sərəncam</b></font>

18:04 - 4 Yanvar 2018 tarixində dərc olunub.

Prezident İlham Əliyev Ağdam rayonunun Əfətli-Hacıturalı-Həsənxanlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
 

Sərəncamda qeyd olunur ki, 5 min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Əfətli-Hacıturalı-Həsənxanlı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycanın 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 2 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.
 

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.









 

 

//Trend//

Müəllif: