Bayram günlərində Azərbaycanda baş verən yol-nəqliyyat hadisələrinin sayı açıqlanıb.
"Ucnoqta.az" Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Report”a verilən məlumata istinadən bildirir ki, dekabrın 30-dan yanvarın 3-dək ölkənin avtomobil yollarında 30 yol-nəqliyyat hadisəsi baş verib.
Bildirilib ki, yol qəzaları nəticədə 15 nəfər ölüb, 33 nəfər xəsarət alıb.