Ucnoqta.az
www.ucnoqta.az

İranda zəlzələ olub

12:36 - 3 Yanvar 2018 tarixində dərc olunub.
İranın şərqində 4,5 bal gücündə zəlzələ baş verib. Trend-in Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Kerman şəhərindən 59 kilometr şimal-şərqdə, ocağı isə 2 kilometr dərinlikdə yerləşib. Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.
Müəllif: