Ucnoqta.az
www.ucnoqta.az

İlham Əliyev Raul Kastronu təbrik etdi

21:04 - 29 Dekabr 2017 tarixində dərc olunub.

Prezident İlham Əliyev Kuba Dövlət Şurasının və Nazirlər Şurasının Sədri Raul Kastro Rusa təbrik məktubu göndərib.

 

Təbrikdə aşağıdakılar qeyd edilib:

 

“Hörmətli cənab Sədr, Kuba Respublikasının milli bayramı - Azadlıq Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

 

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Kuba xalqına daim sülh və firavanlıq diləyirəm”.


















//Qafqazinfo//

 

Müəllif: