“ASAN xidmət” işçilərinin peşə bayramı günü təsis edilib- <font color=red><b>Sərəncam</b></font>
17:50 - 29 Dekabr 2017 tarixində dərc olunub.
Prezident İlham Əliyev “ASAN xidmət” işçilərinin peşə bayramı gününün təsis edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Azərbaycanda ilk “ASAN xidmət” mərkəzinin 2012-ci il dekabrın 29-da fəaliyyətə başladığını nəzərə alaraq, hər il dekabrın 29-u “ASAN xidmət” işçilərinin peşə bayramı günü kimi qeyd edilsin.