Ucnoqta.az
www.ucnoqta.az

Qaradağda mənşəyi bilinməyən ət aşkarlanıb

16:54 - 29 Dekabr 2017 tarixində dərc olunub.

Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində “Geely” markalı avtomobil şübhə doğurduğundan saxlanılıb.

 DİN mətbuat xidmətindən verilən məlumata görə, Saatlı rayon sakini Zakir Fətəliyevin idarə etdiyi həmin nəqliyyat vasitəsinin yük yerinə baxış zamanı oradan heyvan leşləri aşkar edilərək götürülüb.  Araşdırmlar zamanı sürücü ətin 2 dağ keçisi, 2 porsuq və 4 dovşana aid olduğunu və onları aldığını bildirib. Götürülmüş cəsədlər müayinə olunmaq üçün ekspertizaya təqdim olunub.

Rəydən sonra məsələyə hüquqi qiymət veriləcək. Qaradağ Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır. 

Müəllif: