Ucnoqta.az
www.ucnoqta.az

Füzulidə Həmrəylik Günü qeyd olundu

16:05 - 29 Dekabr 2017 tarixində dərc olunub.

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev tərəfindən 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə rayon ərazisində, o cümlədən Bakı və Sumqayıtda məskunlaşmış füzulili məcburi köçkünlərlə görüş keçirilib, bayram süfrəsi açılıb.

 

"Ucnoqta.az" İcra Hakimiyyətinin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata istinadən bildirir ki, görüşlərdə şəhid ailələri, Qarabağ müharibəsi veteranları, imtiyazlı ailələr və ziyalılar iştirak edib.

 

İcra başçısı Alı Alıyev çıxış edərək 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə rayon sakinlərini təbrik edərək bildirib ki, respublikamızda olduğu kimi 2017-ci ilin nəticələri rayonda da ürəkaçan olub, bütün sahələrdə inkişaf, tərəqqi əldə olunub.

 

Sonra rayonun mədəniyyət və incəsənət ustalarının ifasında konsert proqramı keçirilib.

Müəllif: