Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanda fəaliyyət göstərən xarici ölkə səfirliklərinin sayı açıqlanıb

21:45 - 28 Dekabr 2017 tarixində dərc olunub.

 Bu il ərzində Azərbaycanda Peru və Kosta-Rikanın səfirlikləri açılıb.

"Ucnoqta.az" "Report"a istinadən xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev 2017-ci ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, hazırda  Azərbaycanda 64 ölkənin səfirliyi, 12 beynəlxalq təşkilatın nümayəndəliyi və 4 Baş Konsulluq fəaliyyət göstərir. 
H.Hacıyev qeyd edib ki, il ərzində Azərbaycanın Avstriya, Sudan və Cibutiyə Fəxri konsulları, Efiopiyanın isə Azərbaycana Fəxri konsulu təyin olunub.

Müəllif: