Ucnoqta.az
www.ucnoqta.az

İtkin düşən alpinistlərlə bağlı yeni - <font color=red><b>Açıqlama</b></font>

11:07 - 28 Dekabr 2017 tarixində dərc olunub.

Bu gün səhər saatlarından itkin düşən alpinistlərin axtarışı yenidən başlayıb.

 

"Ucnoqta.az" xəbər verir ki, bu barədə “Qafqazinfo”ya “Gilavar” klubunun rəhbəri Ziya Qasımov məlumat verib.

O, bildirib ki, axtarışlar müvafiq qurumların mütəxəssislərinin iştirakı ilə yüksək səviyyədə davam etdirilir: “Müəyyən izlərə rast gəlinib. Amma biz hələ bilmirik ki, bu izlər onlara məxsusdur, ya yox? Gün ərzində məlumatlar dəqiqləşdiriləndən sonra ictimaiyyətə məlumat veriləcək”.

Müəllif: