Ucnoqta.az
www.ucnoqta.az

İtkin alpinistlərin axtarışına əlavə qüvvələr cəlb olundu

10:53 - 28 Dekabr 2017 tarixində dərc olunub.

Dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxan və bir daha geri qayıtmayan "Gilavar" Hava və Ekstrim İdman Klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlunun axtarışları davam etdirilir.
 
"Ucnoqta.az" APA-ya istinadən bildirir ki, bu gün səhər saatlarında axtarışlara yenidən start verilib. Həmin şəxslərin axtarışlarına Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin "Mi-17" markalı helikopteri, Şimal Regional Mərkəzinin axtarış-xilasetmə qrupu, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə dəstəsi və alpinistlər cəlb olunub.
  
Axtarış-xilasetmə əməliyyatı ilə bağlı Şimal Regional Mərkəzində Qərargah yaradılıb.
 
Qərargaha Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin rəisi, polkovnik Şahin Mirzəyev rəhbərlik edir.
 

Müəllif: