Ucnoqta.az
www.ucnoqta.az

AFFA-dan hakimi təhqir edən məşqçiyə ağır cəza

13:26 - 27 Dekabr 2017 tarixində dərc olunub.

AFFA İntizam Komitəsinin iclası keçirilib.


"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, iclasda müxtəlif yaşlı futbolçular arasında keçirilən liqa oyunlarında baş verən qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib:

Regional Liqasının “Ümid” - “Tufan” matçında “Ümid” klubu təhlükəsizliyi təmin etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
 
U-17 liqasında “Keşlə” - “Neftçi” matçının 89-cu dəqiqəsində “Neftçi”nin baş məşqçisi Elçin Dərgahquliyev texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Lakin sonradan Elçin Dərgahquliyevin köməkçi hakimi təhqir etdiyinə görə texniki zonadan uzaqlaşdırılması müəyyən olunub. Bunu nəzərə alaraq İntizam Komitəsi 18 №-li protokoluna dəyişiklik edərək, Elçin Dərgahquliyevi hakimi təhqir etdiyinə görə 5 oyun cəzalandırıb.

Müəllif: