Ucnoqta.az
www.ucnoqta.az

“Rusiya üçün Putindən yaxşı rəhbər ola bilməz” — <font color=red><b>Serj Sarkisyan</b></font>

19:45 - 27 Dekabr 2017 tarixində dərc olunub.

Ermənistan prezidenti Serj Sarkisyan Rusiya prezidenti Vladimir Putinlə görüşüb.

"Ucnoqta.az" xəbər verir ki, görüş zamanı S.Sarkisyan Putinə 2018-ci il prezident seçkilərində müvəffəqiyyət arzulayıb. O, Putini dəstəklədiyini deyib.

“Biz qarşıdakı prezident seçkilərində cənab Putini dəstəkləyirik. Düşünürəm ki, Rusiya üçün Putindən yaxşı rəhbər ola bilməz. Bu səbəbdən də, heç kimin şübhəsi yoxdur ki, gələn seçkilərdə cənab Putin qələbə çalacaq. Bu Rusiyanın gələcəyi və xalqının rifahı üçün bir təkandır”, - deyə S.Sarkisyan bildirib.

Qeyd edək ki, Rusiyada növbəti prezident seçkiləri 2018-ci ilin martında keçiriləcək.









//Ölkə.Az//

Müəllif: