Dilarə Zamanova “The Best of Azerbaijan” mükafatına layiq görüldü
18:09 - 26 Dekabr 2017 tarixində dərc olunub.
Dilarə Zamanova “The Best of Azerbaijan” mükafatına layiq görülüb
Ötən gün Bakıda “E Media Group” tərəfindən “The Best of Azerbaijan” mükafatının təqdimetmə mərasimi baş tutub.Mərasimdə Azərbaycanın tanınmış ictimaiyyət nümayəndələrinə “The Best of Azerbaijan” mükafatı təqdim edilib. Mükafat alanlar arasında "AtaHolding”in Korporativ kommunikasiyalar şöbəsinin rəisi Dilarə Zamanova da olub.
Belə ki, Dilara Zamanova apardığı düzgün, şəffaf PR işinə görə bu mükafata layiq görülüb. D.Zamanova bu işdə dəstəyi olan hər kəsə öz təşəkkürünü bildirib: "Bu mükafat mənə həmçinin mənim PR sahəsində gördüyüm işlərə verilən böyük qiymətdir. Gördüyümüz iş çətin olsa da lakin həmişə çalışmışıq ki, PR işlərini düzgün şəkildə aparaq. “The Best of Azerbaijan” mükafatının da verilməsi mənim üçün böyük stimuldur."
Qeyd edək ki, Dilarə Zamanova uzun müddətdir ki, "AtaHolding”in Korporativ kommunikasiyalar şöbəsinin rəisi vəzifəsində çalışır. Dəfələrlə PR üzrə müxtəlif təlimlər təşkil edib, mühazirələr oxuyub.