Ucnoqta.az
www.ucnoqta.az

Prezident deputatın oğlunu yüksək vəzifəyə təyin etdi -<font color=red><b>SƏRƏNCAM</b></font>

13:27 - 26 Dekabr 2017 tarixində dərc olunub.

Prezident İlham Əliyev Fəxri Kazımovun Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.

"Ucnoqta.az" xəbər verir ki, sərəncama əsasən Fəxri Xanhüseyn oğlu Kazımov Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinin sədri təyin edilib.
Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.

Prezident İlham Əliyev Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurasının üzvlərinin təyin edilməsi ilə bağlı sərəncam imzalayıb. Sərəncamla aşağıdakı şəxslər Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurasının üzvləri təyin ediliblər:

Sevinc Həsənova – Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini
Emin Hüseynov – Azərbaycan Respublikası maliyyə nazirinin müavini
İdris İsayev – Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini
Vadim Xubanov – Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini
Kamil Heydərov – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin Monetar və fiskal siyasət məsələləri sektorunun müdiri.

 

"Ucnoqta.az" bildirir ki, Fəxri Xanhüseyn oğlu Kazımov Milli Məclisin deputatı Xanhüseyn Kazımlının oğludur.

Müəllif: