Ucnoqta.az
www.ucnoqta.az

“Bir gün sonra qonşumuz dedi ki, Anjelika öldürülüb”

13:07 - 26 Dekabr 2017 tarixində dərc olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsində qonşusu Anjelika Morozovanın başına torba keçirib boğaraq öldürməkdə təqsirləndirilən Namiq Vəkilovun məhkəməsi keçirilib.
 

"Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hakim Fikrət Qəribovun icraatında olan prosesdə şahidlər dindirilib.
 

Xatirə Şərifova deyib ki, hadisə olan gecə N.Vəkilov onlarda qalıb: “Səhər ona zəng gəldi, titrəməyə başladı. Dedi “qonşuda yaşlı kişi ölüb, ona görə birtəhərəm” və çıxıb getdi. Bir gün sonra qonşumuz dedi ki, Anjelika öldürülüb, Namiq də qaçıb. 
 

Namiq bizə gələndə əlində telefon var idi, təzə aldığını dedi. Anjelika həmişə yanıma gəlib ağlayır, Şəhla ilə əri Elşənin ona borcu olduğunu deyirdi”.
 

Elşən Ələsgərov və yoldaşı Şəhla mərhum Anjelikanın qonşusu olublar. N.Vəkilovun anası Xuraman Vəkilova ötən iclasda ifadə verərək Anjelikanı Elşənin borca görə öldürdüyünü iddia etmişdi.

Müəllif: