Ucnoqta.az
www.ucnoqta.az

"Sədərək" ticarət mərkəzində 3000 partlayıcı oyuncaq aşkar edilib

12:20 - 26 Dekabr 2017 tarixində dərc olunub.

Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən Qaradağ rayonunun ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində partlayıcı oyuncaqlar aşkar edilib.
 

"Ucnoqta.az" Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata istinadən bildirir ki, ticarət mərkəzində Astara rayon sakini İslam Hüseynovdan 3000 ədəd yüksək səsyayıcı qabiliyyətinə malik olan partlayıcı oyuncaq və pirotexniki məmulat götürülüb.

Müəllif: