Nərimanov rayonunda 18 yaşlı tələbə qız itkin düşüb.
"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, faktla bağlı Nərimanov Rayon Polis idarəsinə 1999-cu il təvəllüdlü qızın valideyinləri məlumat verib.
Onların sözlərinə görə, Ağazadə Günay Tahir qızı 2 gün öncə evdən oxuduğu Universitetə gedib və geri qayıtmayıb.
Hazırda Nərimanov RPİ-nin əməliyyatçıları 18 yaşlı qızın tapılması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlayıblar.