Ucnoqta.az
www.ucnoqta.az

Hərbi helikopter qəzaya uğrayıb - <font color=red><b>Ölən və yaralananlar var</b></font>

18:36 - 26 Dekabr 2017 tarixində dərc olunub.

Oman Hərbi Hava Qüvvələrinə məxsus “NH-90” helikopteri qəzaya uğrayıb.
 

"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən  xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
                

Məlumata əsasən, insident ölkənin şimalındakı Hərbi-Hava Qüvvələrinə məxsus bazada qeydə alınıb.
 

Qəza təlim uçuşu zamanı baş verib. Hadisə nəticəsində bir hərbçi ölüb, daha ikisi isə yaralanıb. Onların həyatları üçün təhlükənin olmadığı bildirilib.

Qəzanın başvermə səbəbləri barədə məlumat verilmir.

Müəllif: