Ucnoqta.az
www.ucnoqta.az

Azad Rəhimov: <font color=red><b>“Qarabağ” göstərdi ki, Azərbaycan futbolunun potensialı var</b></font>

14:53 - 25 Dekabr 2017 tarixində dərc olunub.

“Qarabağ” futbol klubu çempionlar liqasında çıxışı ilə bütün xalqı sevindirdi.
 

"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, bunu gənclər və idman naziri Azad Rəhimov deyib.
 

A.Rəhimov bildirib ki, “Qarabağ”ın "Roma", "Atletika" ilə oyunları göstərdi ki, Azərbaycan futbolunun potensialı var.
 

Nazir vurğulayıb ki, “Qarabağ” klubunun baş məşqçisi peşəkarlıq göstərdi, komandanı yarada bildi:

"Baxmayaraq ki, “Qarabağ” klubunun maliyyəsi digər klubların maliyyəsindən az idi, “Qarabağ” daha böyük peşəkarlıq nümayiş etdirdi. "Qarabağ" klubunun qələbələri bizim azarkeşlərdə inam yaratdı ki, Azərbaycan futbolu gələcəkdə daha böyük qələbələr qazana bilər və biz bunu gözləyirik”

Müəllif: