Ucnoqta.az
www.ucnoqta.az

Nazirlikdən Yeni illə bağlı əhaliyə — <font color=red><b>XƏBƏRDARLIQ</b></font>

12:44 - 25 Dekabr 2017 tarixində dərc olunub.

Fövqəladə Hallar Nazirliyi (FHN) Yeni il bayramında yanğın təhlükəsizliyi qaydaları ilə əlaqədar əhaliyə müraciət edib.
 
"Ucnoqta.az"-ın APA-ya istinadən məlumatına görə, müraciətdə bildirilir ki, Yeni il bayramı ilə əlaqədar yanğın təhlükəsi xeyli artır.
 
Bununla bağlı bəzi təhlükəsizlik qaydalarını hər kəs bilməlidir:

 
- evlərdə və şənlik məkanlarında bəzədilən küknar ağacı yerə möhkəm bərkidilməli, ağacın budaqları tavana və divarlara toxunmamalı;

- işıqlandırmada saz və standarta uyğun elektrik qurğu və cihazından istifadə edilməli;

- ağac tezalışan oyuncaqla bəzədilməməli;

- qapalı məkanda atəşfəşanlıq edilməməlidir;
 
Bayram şənliyində bunlar nəzərə alınmalıdır:
 
- şənlik ikinci mərtəbədən yuxarıda keçirilməməli;

- şənlik keçirilən otağın divar, tavan və döşəməsi odadavamlı olmalı;

- pəncərədə dəmir barmaqlıq olmamalı;


- məkanın iki çıxışı olmalı;

- ehtiyat qapı üzərində “Çıxış” sözü yazılmış yaşıl işıqlı elektrik lövhə olmalı;

- otağın qapıları mütləq bayıra açılmalı;

- məkanda nəzərdə tutulan saydan artıq insan olmamalı;

- şənlikdə işıq tam söndürülməməli;


- şənliyə tezalışan materialdan paltar geyinilməməli;


- məkan ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmalıdır.
 
Təhlükə zamanı 112-yə zəng etmək tövsiyə olunur.

Müəllif: