Cümə günü axşam saatlarında Yunanıstanın Traqonisi adası yaxınlığında Panama bayrağı altında üzən “Little Seyma” gəmisi saya oturub.
Ucnoqta.az Oxu.az-a istinadən məlumat verir ki, göyərtəsində doqquz ukraynalı və üç azərbaycanlı olan gəmi 2700 ton Rusiya unu daşıyırmış.
Yük Kipr adasının cənub-şərqində “Famaqusta” liman şəhərinə çatdırılmalı idi.
Gəminin ekipaj üzvləri sahil mühafizə xidməti tərəfindən təxliyyə olunub.