Ucnoqta.az
www.ucnoqta.az

Türkiyə səfiri: <font color=red><b> “Dağlıq Qarabağ münaqişəsinin həlli yetişib”</b></font>

11:01 - 23 Dekabr 2017 tarixində dərc olunub.

“Dağlıq Qarabağ münaqişəsinin həlli yetişib. Bu münaqişə həll edilməli, Azərbaycana qarşı ədalətsizlik aradan qaldırılmadır”.

 

"Ucnoqta.az" APA-ya istinadən bildirir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Bakıda “Regionun gələcəyi: Geosiyasi çağırışlar və perspektivlər” mövzusunda keçirilən beynəlxalq simpoziumda çıxışı zamanı deyib.
 

Səfirin sözlərinə görə, Azərbaycan uzun müddətdir böyük ədalətsizliklə üzləşib: “Ermənistan tərəfindən Azərbaycanın torpaqları işğal edilib. Nəticədə 1 milyondan çox insan məcburi köçkün və qaçqına çevrilib”. 
 

E. Özoral qeyd edib ki, Türkiyə dövləti hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib: “Biz hər zaman Azərbaycanın yanında olmuşuq, bundan sonra da Azərbaycanın yanında olacağıq”.

Müəllif: