Ucnoqta.az
www.ucnoqta.az

Ərdoğan Putinə təşəkkür edib

14:53 - 22 Dekabr 2017 tarixində dərc olunub.

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon əlaqəsi saxlayıb.
 

Ucnoqta.az “Qafqazinfo”ya istinadən  xəbər verir ki, Ərdoğan Qüds layihəsinə dəstək verdiyi üçün Putinə təşəkkür edib. 
 

Hər iki lider Qüds məsələsində BMT-nin qərarlarına əməl edilməsinin zəruriliyinə diqqət çəkib. 
 

Xatırladaq ki, ötən axşam BMT-də Qüds üçün səsvermə keçirilmişdi. Türkiyənin təşəbbüsü ilə baş tutan səsvermədə 128 ölkə ABŞ-ın qərarını rədd edən qətnamənin leyhinə səs vermişdi. 

Müəllif: