Ucnoqta.az
www.ucnoqta.az

Şimali Koreya hədələdi — <font color=red><b>"ABŞ-a nüvə zərbəsi endirə bilərik"</b></font>

14:10 - 22 Dekabr 2017 tarixində dərc olunub.

Şimali Koreyanın lideri Kim Çen İn Əmək Partiyasının nümayəndələri ilə görüşdə yeni fikir səsləndirib.

Ucnoqta.az "Ölkə.Az"a istinadən xəbər verir ki, bəyanatda "Şimali Koreya ABŞ-a nüvə təhdidi yaradan strateji dövlətə çevrilib"-deyilir.
 

Kim Çen İn deyib: "Respublikamızın son dövrlər silahlı qüvvələrinin nüvə inkişafı dünya siyasətinə və strateji vəziyyətə ciddi təsir edir.
 

Bizim respublikamız ABŞ-a nüvə təhdidi yaradan strateji dövlətə çevrilib. Dünyada heç kəs bunu inkar edə bilməz. Pxenyan beynəlxalq sanksiyalara rəğmən, proqresə nail olub".

Müəllif: