Ucnoqta.az
www.ucnoqta.az

Qaçaqmal “Tramadol”un qarşısı alındı

11:34 - 22 Dekabr 2017 tarixində dərc olunub.

Yuyucu vasitənin içində "Tramadol" adlı dərman preparatı aşkar edilib.
 

“Qafqazinfo” Gömrük Komitəsinə istinadən xəbər verir ki, Astara Gömrük İdarəsində İrandan Azərbaycana piyada gələn ölkə vətəndaşının əl yükü rentgen qurğusundan keçirilərkən monitorda şübhəli predmetlərin təsviri görünüb.
 

Əl yükünə baxış zamanı, yuyucu vasitənin içində, istehsal qablaşması pozulmuş vəziyyətdə, ümumi sayı 1491 ədəd olan "Tramadol" adlı dərman preparatı aşkar edilib.
 

Xatırladaq ki, "Tramadol" Azərbaycan Respublikasının müvafiq qanunu ilə təsdiq edilmiş "Güclü təsir edən maddələrin və onların külli miqdarının Siyahısı"na daxildir və aşkar olunan 1491 ədəd tramadolun təsiredici maddəsinin ümumi miqdarı 298,2 qram təşkil edir.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: