Ucnoqta.az
www.ucnoqta.az

Bakı-Naxçıvan aviareysi təxirə salınıb

11:11 - 22 Dekabr 2017 tarixində dərc olunub.

Bakı-Naxçıvan aviareysi təxirə salınıb.
 
Ucnoqta.az xəbər verir ki, bu barədə “APA-Economics”ə “Azərbaycan Hava Yolları” QSC-dən (AZAL) məlumat verilib.
 
“AZAL aviaşirkətinin bu gün səhər saat 08:12-də Bakıdan Naxçıvana uçan J2 251 reysi Naxçıvan Hava Limanında hava şəraitinin kəskin pisləşməsi (duman və məhdud görüntü) ilə əlaqədar olaraq Heydər Əliyev Hava Limanına qayıdıb”, - deyə məlumatda bildirilir.
 
Məlumata görə, reyslərin qəbulunun mümkünlüyü haqqında təyinat aeroportundan müvafiq təsdiq alındıqdan sonra reys yenidən yola düşəcək.

Müəllif: