Ucnoqta.az
www.ucnoqta.az

Nazir daha iki rayonun polis rəisini dəyişdirdi

17:05 - 21 Dekabr 2017 tarixində dərc olunub.

Ağsu və Ucar rayonlarına yeni polis rəisləri təyin edilib. 
 
Ucnoqta.az APA-ya istinadən bildirir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı müvafiq əmrlərlə Daşkəsən rayon Polis Şöbəsinin rəisi Fəxrəddin Abbasov tutduğu vəzifədən azad edilərək Ağsu Rayon Polis Şöbəsinin (RPŞ) rəisi, Ağsu RPŞ-nin rəisi Eldar Paşayev isə tutduğu vəzifədən azad edilərək Ucar RPŞ-nin rəisi vəzifələrinə təyin ediliblər.
 
Qeyd edək ki, daxili işlər naziri Ramil Usubovun ötən gün imzaladığı müvafiq əmrlərlə Saatlı RPŞ-nin rəisi Cəbrayıl Vəliyev Salyan RPŞ-nə, Gəncə Şəhəri Kəpəz RPŞ-nin rəisi Azər Tağıyev isə Saatlı RPŞ-nə rəis təyin olunub.

Müəllif: