Ucnoqta.az
www.ucnoqta.az

Qurban Qurbanov istefa verdi — <font color=red><b>Qəbul olunmadı</b></font>

15:38 - 21 Dekabr 2017 tarixində dərc olunub.

Milli komandamızın baş məşqçisi Qurban Qurbanovun AFFA İcraiyyə Komitəsinin üzvlüyündən istefası qəbul olunmayıb.
 

Ucnoqta.az xəbər verir ki, bu barədə Qol.az-a açıqlamasında AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla məlumat verib. Onun sözlərinə görə, Q. Qurbanovun məsələsinə İK-in mart ayında keçirilməsi gözlənilən konfransında yenidən baxılacaq:

“Qurban Qurbanov İcraiyyə Komitəsindəki işini davam etdirəcək. İstefa məsələsinə İK-in növbəti ildəki iclasında yenidən baxılacaq”.

İK üzvləri Q.Qurbanovun komitədə davam etdirməsinin uyğun sayıblar.
 

Qeyd edək ki, Q. Qurbanov millimizə baş məşqçi təyin olunduqdan sonra İcraiyyə Komitəsindən ayırılacağını bildirmişdi.

Müəllif: