Ucnoqta.az
www.ucnoqta.az

Bakı rayonlarının telefon qovşaqları ləğv edilib

10:09 - 21 Dekabr 2017 tarixində dərc olunub.

Bakı şəhərində yerləşən bir sıra rayonların telefon qovşaqları ləğv edilib.

Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, həmin müəssisələrin bütün hüquq və vəzifələri “Bakı Telefon Rabitəsi” MMC-yə keçir.

Məlumata görə, ləğv edilən rabitə qurumları arasında Yasamal, Xətai, Xəzər, Nizami, Sabunçu, Qaradağ telefon qovşaqları və Bakı Kabel Qovşağı da var.

Hər birinin bütün hüquq və vəzifələri hüquqi varis olan “Bakı Telefon Rabitəsi” MMC-yə keçib.

Müəllif: