Ucnoqta.az
www.ucnoqta.az

Polis itkin düşən bacı-qardaşı tapdı

13:04 - 20 Dekabr 2017 tarixində dərc olunub.

Şirvanda itkin düşən qardaş-bacı tapılıb.
 

 Ucnoqta.az DİN Mətbuat Xidmətinin Şirvan şəhərindəki regional qrupundan APA-ya verilən məlumata istinadən bildirir ki, bu il avqustun 28-də Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbə sakinləri, 24 yaşlı Ayşən Məmmədova və 6 yaşlı Davud Məmmədov evdən gedərək bir daha geri qayıtmayıblar.

 
Bundan narahat olan ailəsi onların tapılması üçün Şirvan şəhər Polis Şöbəsinə müraciət edib. Polis şöbəsinin cinayət-axtarış bölməsi tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində itkin düşən bacı və qardaş dünən Bərdə rayon ərazisindən tapılaraq ailə üzvlərinə təhvil verilib.

Müəllif: