Ucnoqta.az
www.ucnoqta.az

Efiopiyada dəhşət — <font color=red><b>Kəndin 60 sakini qətlə yetirildi</b></font>

13:14 - 18 Dekabr 2017 tarixində dərc olunub.

Efiopiyada etnik zəmində kütləvi qətl törədilib.

Ucnoqta.az "Ölkə.Az"a istinadən xəbər verir ki, Oromiya regionundakı bir kəndə hücum edən silahlılar 60 nəfəri qətlə yetiriliblər.
 

İnsident Qərbi Hararqa zonasında, Somali ilə sərhəd xəttində baş verib. Etnik somalililər hücuma məruz qalıblar. 
 

Ötən həftə də somalililər Oromo qəbiləsinin 29 üzvünü öldürüblər. Cavab hücumu nəticəsində 32 somalili öldürülüb.
 

Etnik zəmində baş verən münaqişənin səbəbləri araşdırılır.

Müəllif: