Ucnoqta.az
www.ucnoqta.az

ABŞ-da meşə yanğınları — <font color=red><b>200 min sakin Los-Ancelesdən qaçdı</b></font>

17:38 - 8 Dekabr 2017 tarixində dərc olunub.

Kaliforniya ştatında söndürülməsi mümkün olmayan meşə yanğınları davam edir.

Ucnoqta.az "Ölkə.Az"a istinadən  xəbər verir ki, yüzlərlə ev yanaraq kül olub. Güclü külək isə yanğın riskini daha da artırır. Los-Anceles şəhərinə qədər sıçrayan yanğın səbəbindən 200 min sakin təxliyə edilib. Los-Anceles bələdiyyəsinin sədri Erik Qarsetti deyib: "Heç kəs vaxtından əvvəl evlərinə qayıtmayacaq və buna icazə verməyəcəyik".
 

Rəsmi qurumlar yanğın nəticəsində ən azı 430 evin yandığını, bir çox heyvanın tələf olduğunu bildirir.

Müəllif: