Ucnoqta.az
www.ucnoqta.az

“Xəzər Dəniz Gəmiçiliyi” kondisioner sistemi almaq üçün müsabiqə elan edib

18:41 - 2 Dekabr 2017 tarixində dərc olunub.

“Xəzər Dəniz Gəmiçiliyi” ASC kondisioner sisteminin satın alınması məqsədi ilə açıq müsabiqə elan edib.

 

Ucnoqta.az xəbər verir ki, “Report”un məlumatına görə, müraciət üçün son tarix dekabrın 7-si saat 18:00 müəyyən edilib.

İştirakçılar sənədləri Azərbaycan dilində, 2 nüsxədə tərtib etməlidirlər.

Sənədlər “Xəzər Dəniz Gəmiçiliyi”nin Bakı şəhəri, Heydər Əliyev prospekti 152, “Çinar plaza” 24-cü mərtəbə yerləşən ofisində qəbul olunacaq.

Müəllif: