Ucnoqta.az
www.ucnoqta.az

Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı Azərbaycana gəlib

13:12 - 29 Noyabr 2017 tarixində dərc olunub.

Noyabrın 29-da Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Hasan Küçükakyüz Azərbaycana rəsmi səfərə gəlib.
 

Bu barədə Ucnoqta.az Trend-ə Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata istinadən bildirir.
 

Səfər çərçivəsində ordu generalı H.Küçükakyüzün Müdafiə Nazirliyində bir sıra görüşləri planlaşdırılır. Görüşlərdə iki ölkənin Hərbi Hava Qüvvələri arasında əməkdaşlığın hazırkı vəziyyəti, perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunacaq.

Müəllif: