Ucnoqta.az
www.ucnoqta.az

AFFA İntizam Komitəsi "Qarabağ" klubunu cərimələyib

12:59 - 29 Noyabr 2017 tarixində dərc olunub.

AFFA İntizam Komitəsi "Qarabağ" klubunu cərimələyib.

Ucnoqta.az "Report"un məlumatına istinadən bildirir ki buna Ağdam komandasının 4 futbolçusunun "Zirə" ilə Azərbaycan Premyer Liqasının XIII tur matçında sarı vərəqə alması səbəb olub. 
Qərara əsasən, kluba 800 manat cərimə kəsilib. Səfər oyunu "Qarabağ"ın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.  
Qeyd edək ki, bu, İntizam Komitəsinin Premyer Liqanın ötən turu ilə bağlı tətbiq etdiyi yeganə cəza olub. 

Müəllif: