Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycan-Belarus işgüzar görüşü keçiriləcək

15:38 - 28 Noyabr 2017 tarixində dərc olunub.

Azərbaycan-Belarus işgüzar görüşü keçiriləcək.  

Ucnoqta.az Trend-ə istinadən bildirir ki, dekabrın 7-də Belarusun Qrodno şəhərinin iş adamlarından ibarət nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Bakıda Azərbaycan-Belarus işgüzar görüşü keçiriləcək.  Belarus nümayəndə heyətinə Qrodno şəhərinin icra komitəsinin sədri Meçislav Qoy rəhbərlik edəcək.  

Tədbirə iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 7 Belarus şirkətinin qatılacağı gözlənilir.

Müəllif: