Ucnoqta.az
www.ucnoqta.az

Messi: <font color=red><b>“Ronaldo ilə dost olacağıma inanmıram” </b></font>

21:32 - 27 Noyabr 2017 tarixində dərc olunub.
“Barselona”nın hücumçusu Lionel Messi “Real”ın futbolçusu Kriştino Ronaldonun gələcəkdə dost ola biləcəkləri barədə söylədiyi fikirlərə münasibət bildirib.

Ucnoqta.az Qol.az-a istinadən xəbər verir ki, “Marca” nəşrinə verdiyi geniş müsahibədə argentinalı ulduz jurnalistin bununla bağlı sualını da cavablandırıb.
O qeyd edib ki, Ronaldo ilə dost olacağını düşünmür: “İnanmıram ki, bu baş versin. Dostluq birgə vaxt keçirməklə və bir-birini yaxından tanıyandan sonra yaranır. Bizim isə heç bir münasibətimiz yoxdur. Meydandan kənarda yalnız tədbirlərdə görüşürük və orda söhbət edirik. Bizim münasibətlərimiz qaydasındadır. Amma həyatda yolumuz kəsişməyib”.
Müəllif: