Ucnoqta.az
www.ucnoqta.az

<font color=red><b>Qubada oğul atasını güllələyib</b></font>

12:00 - 21 Noyabr 2017 tarixində dərc olunub.

Yaralı Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyəti ağırdır

 Quba rayonunda oğul atasını güllələyib. Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Qonaqkənd qəsəbəsində qeydə alınıb.

Məlumata görə, 1994-cü il təvəllüdlü Xəyal Əhmədov atası, 1965-ci il təvəllüdlü Məhəmməd Əhmədovu ov tüfəngi ilə güllələyib. Yaralı Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyəti ağırdır.
Hadisənin səbəbləri araşdırılır.

Müəllif: