Ucnoqta.az
www.ucnoqta.az

Bakıda kafedə dava: bir nəfər bıçaqlanıb

08:35 - 18 Noyabr 2017 tarixində dərc olunub.
Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi olub. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə Əhmədli qəsəbəsində yerləşən "Ordubad" kafesində baş verib. Belə ki, 1991-ci il təvəllüdlü Hüseynov Urxan Ceyhun dava zamanı bıçaq xəsarəti alıb. O, xəstəxanaya yerləşdirilib. Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.
Müəllif: