Hava limanında bomba həyəcanı- <font color=red><b>Tbilisidə</b></font>
20:58 - 14 Noyabr 2017 tarixində dərc olunub.
Gürcüstan polisinə Tbilisidəki hava limanına partlayıcı qoyulması barədə məlumat daxil olub.
“Qafqazinfo” Gürcüstan mətbuatına istinadən xəbər verir ki, dərhal hava limanındakı insanlar təxliyyə edilib.
Hava limanının ərazisi axtarıldıqdan sonra heç bir partlayıcı tapılmayıb.
Polis hazırda yalan məlumat verən şəxsi axtarır.