Ucnoqta.az
www.ucnoqta.az

Rusiyaya göndərilən 52,5 ton meyvə-tərəvəz Azərbaycana qaytarılıb

16:59 - 10 Noyabr 2017 tarixində dərc olunub.

Azərbaycandan Rusiyaya tədarük olunan 52,5 ton kənd təsərrüfatı məhsulu Dağıstanın "Yaraq-Qazmalar" gömrük keçid məntəqəsində saxlanılıb.

"APA-Economics" RİA "Novosti" agentliyinin yerli bürosuna istinadən xəbər verir ki, məhsulun saxlanılmasına səbəb saxta fitosanitar sertifikatların mövcudluğudur.
 
Saxlanılan məhsullar arasında 16,780 min kq nar, 18,025 min kq pomidor və 17,750 min kq xiyar var.
 
Saxlanılan meyvə-tərəvəz Azərbaycana qaytarılıb.

Müəllif: