Ucnoqta.az
www.ucnoqta.az

Mixail Zadornov vəfat etdi

11:55 - 10 Noyabr 2017 tarixində dərc olunub.

Məşhur satirik və yumorist Mixail Zadornov 69 yaşında vəfat edib. Klis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, Zadornov uzun müddət xərçəngdən müalicə alırdı.
Noyabrın 8-dən məşhur artistin vəziyyətinin ağırlaşdığı, suallara reaksiya vermədiyi xəbəri yayılmışdı.
Zadornov bütün ittifaqda satirik səhnələri, yumoristik dialoqları ilə məşhur olan yazıçı-satirik, yumorist, dramaturq və aktyor idi. 

Müəllif: