Ucnoqta.az
www.ucnoqta.az

<b>Jurnalist Nicat Dağlar:<font color=red> “Xəsarətim ciddi deyil”</font></b>

15:42 - 7 Noyabr 2017 tarixində dərc olunub.

Jurnalist Nicat Dağlar Ağdaş rayonunda avtomobil qəzasına düşüb. Ucnoqta.az xəbər verir ki, bu barədə "Report"a açıqlamasında o özü məlumat verib. Belə ki, jurnalistin olduğu "Mercedes" markalı avtomobil "KamAZ" markalı yük maşını ilə toqquşub: "KamAZ"ın sürücüsü dönmə əməliyyatını düzgün etməməsi nəticəsində mənim olduğum avtomobillə toqquşdu".

Qəza nəticəsində avtomobildə olan hər üç şəxs, o cümlədən N.Dağlar yüngül xəsarət alıb: "Xəsarətim ciddi deyil. Xəstəxanaya gətirildim, sonra ambulatora buraxıldım. İndi ayaq üstəyəm, hər şey qaydasındadır. Ayaqlarımda ağrılar qalıb".

Müəllif: