Ucnoqta.az
www.ucnoqta.az

Dieqo Qodin: <font color=red><b>"Artıq hər şey özümüzdən asılı deyil" </b></font>

11:17 - 1 Noyabr 2017 tarixində dərc olunub.

"Hazırkı durumda Çempionlar Liqasında növbəti mərhələdən uzaq görünürük. Artıq hər şey özümüzdən asılı deyil. Buna baxmayaraq, qələbə qazanmağa çalışacağıq".

Bu sözləri "Atletiko"nun futbolçusu Dieqo Qodin Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda "Qarabağ"la 1:1 hesabı ilə bərabərə qaldıqları oyundan sonra klubun saytına deyib.

O,  bu nəticəyə görə, özlərini tənqid etməli olduqlarını bildirib:  "Ətrafda günahkar axtarmağa ehtiyac yoxdur. Qələbə qazanmaq düşüncəsi ilə meydana çıxmaq və risk etmək lazımdır.Belə vəziyyətlərdə bir yerdə olmalıyıq. Azarkeşlər bizi dəstəkləməlidirlər. Hazırda uğursuzluq zolağındayıq”.qol.az

Müəllif: